...

Əli Həsənov məcburi köçkünləri qəbul edəcək

Cəmiyyət Materials 23 İyun 2014 17:56 (UTC +04:00)
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iyulun 1-də Nazirlər Kabinetində qəbul günüdür.
Əli Həsənov məcburi köçkünləri qəbul edəcək

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.Mehdiyev/

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iyulun 1-də Nazirlər Kabinetində qəbul günüdür. Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsi məcburi köçkünlərin nəzərinə çatdırır ki, həmin qəbul Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Qəbula yazılma həmin gün saat 09:00-dan 10:00-dək Yasamal Rayon İcra Hakimiyyətində təşkil ediləcək. Qəbul saat 10:00-dan başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti