...

Bakıda əsən güclü küləyin vətəndaşlara vurduğu ziyan açıqlandı

Cəmiyyət Materials 24 İyun 2014 12:55 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 23-də Nərimanov rayonu Ə.Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus “KİA” markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmayıb, avtomobilə qismən ziyan dəyib.
Bakıda əsən güclü küləyin vətəndaşlara vurduğu ziyan açıqlandı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bakıda əsən güclü küləyin vətəndaşlara vurduğu ziyan açıqlandı.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 23-də Nərimanov rayonu Ə.Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus "KİA" markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmayıb, avtomobilə qismən ziyan dəyib.

Nərimanov rayonu M.Məmmədzadə küçəsində isə küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus "Hyundai" və Aydın Məmmədova məxsus "Mercedes" markalı avtomobillərin üzərinə düşüb. Xəsarət alan olmasa da, avtomobillərə qismən ziyan dəyib.

Səbail rayonu A.Puşkin küçəsində küləyin qırdığı ağac "Volkswagen" markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmayıb, avtomobilə qismən ziyan dəyib.

Bundan əlavə, küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Xəsarət alan olmayıb, lakin evin dam örtüyü yararsız hala düşüb.

Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac isə Bakı şəhər sakini Abbas Kərimova məxsus "Nissan" markalı avtomobilin üzərinə düşüb. Xəsarət alan olmasada, avtomobilə qismən ziyan dəyib.

Küləyin əsməsi nəticəsində Nəsimi rayonu M.Qaşqay küçəsində yerləşən yeni inşa edilmiş binadan taxta parçası yolu keçən Bakı şəhər sakini Lalə Nəbiyevanın üzərinə düşüb. L.Nəbiyevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti