...

"Azərbaycan Hava Yolları"nın təyyarələri Ukraynadakı hərbi əməliyyat zonası üzərindən keçmir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 İyul 2014 10:56 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri ilə Azərbaycandan Ukraynaya, o cümlədən Kiyevə aviareyslər Rusiya ərazisi üzərindən həyata keçirilir.
"Azərbaycan Hava Yolları"nın təyyarələri Ukraynadakı hərbi əməliyyat zonası üzərindən keçmir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri ilə Azərbaycandan Ukraynaya, o cümlədən Kiyevə aviareyslər Rusiya ərazisi üzərindən həyata keçirilir.

Bu barədə cümə günü Trend-ə QSC-dən bildiriblər.

QSC-dən deyildiyi kimi, təyyarələr hərbi əməliyyatların getdiyi ərazilərin üzərindən keçmirlər.

Dünən Ukraynanın döyüşlərin getdiyi ərazisi üzərində "Malayziya Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin qəzaya uğramasının səbəblərindən biri kimi onun vurula bilməsinin mümkünlüyü nəzərdən keçirilir.

AZAL-dan bildiriblər: "Əvvəllər aviareyslər Ukrayna ərazisi üzərindən keçirdi, lakin indi onlar Rusiya ərazisi üzərindən həyata keçirilir".

Cümə günü Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə verilən məlumata görə, Bakıdan Kiyevə aviareyslər ləğv edilməyib: "Bir təyyarə Kiyevə səhər yola salınıb, hazırda isə AZAL ikinci aviareysi yola salmağa hazırlaşır".

Aprelin əvvəllərində federallaşmanı dəstəkləyən kütləvi çıxışlardan sonra Ukrayna hökuməti ölkənin cənub-şərqində xüsusi əməliyyatlara başlayıb. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumatına görə, əməliyyatların keçirilməsinə başlanandan Ukraynanın 200 hərbi qulluqçusu və hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub, 619 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti