...

Cəzaçəkmə müəssisələrində intellektual oyunlara start verilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2014 15:24 (UTC +04:00)
“Azərbaycan” İntellektual Oyunlar Klubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrində intellektual oyunlar üzrə turnirlərə start verilib.
Cəzaçəkmə müəssisələrində intellektual oyunlara start verilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

"Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə cəzaçəkmə müəssisələrində intellektual oyunlar üzrə turnirlərə start verilib.

İyulun 22-də Bakının Binə qəsəbəsində yerləşən 2 saylı cəzaçəkmə müəssisəsində ilk belə yarış baş tutub.

Yarışma "Nə? Harada? Nə Zaman?" formatında keçirilib. Oyun hər tur 12 sualdan ibarət olmaqla 2 tur davam edib. Yekunda 16 düzgün cavabla "Qartal" komandası qələbəni bayram edib.

"Azərbaycan" İntellektual Oyunlar Klubunun prezidenti Aydın Piriyevin sözlərinə görə, intellektual oyunlar maraqlı bir hobbi olmaqla bərabər, böyük tərbiyəvi xarakter daşıyır və klub, öz növbəsində, bu tip yarışların daha da populyarlaşması üçün səylərini əsirgəməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti