...

Gürcüstanda qeyri-qanuni aborta görə cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 29 İyul 2014 16:37 (UTC +04:00)
Gürcüstan parlamenti qeyri-qanuni abortla bağlı qanunu sərtləşdirmək niyyətindədir.
Gürcüstanda qeyri-qanuni aborta görə cəzalar sərtləşdirilir

Gürcüstan, Tbilisi, 29 iyul /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstan parlamenti qeyri-qanuni abortla bağlı qanunu sərtləşdirmək niyyətindədir.

Trend-in məlumatına görə, parlamentin Ədliyyə komitəsinin hazırladığı "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, qeyri-qanuni aborta görə həkimlər ictimai faydalı əməyə cəlb olunacaq, həmçinin 120 saatdan 300 saatadək və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəklər.

Qeyri-qanuni abort sonsuzluğa səbəb olduqda isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər qeyri-qanuni abort pasiyentin ölümünə səbəb olsa, təqsirkar şəxsi 4 ildən 6 ilədək həbsxana həyatı gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti