...

Azərbaycanın 20-dən çox rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 20 Avqust 2014 11:36 (UTC +04:00)
Bu gün Azərbaycanın 20-dən çox rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın 20-dən çox rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Emil İsmayılov/

Bu gün Azərbaycanın 20-dən çox rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 18:00-dək Qax, Goranboy, Balakən, Qobustan, Kürdəmir, Şəmkir, Qaradağ, Şamaxı, Masallı, Siyəzən və Bakının Binəqədi, Sabunçu, Xətai rayonlarına qaz verilişində fasilələr yaranacaq.

Həmçinin, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar işlər başa çatanadək Xəzər, saat 12:00-dək Oğuz, saat 12:00-dan 14:00-dək Şəki, saat 15:00-dək Qazax və Nərimanov, saat 14:00-dan işlər başa çatanadək isə Yasamal, Səbail və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti