...

Bu ildən Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq

Cəmiyyət Materials 11 Sentyabr 2014 11:00 (UTC +04:00)
Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq.
Bu ildən Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Komissiya sədri bildirib ki, proses ilin sonuna kimi başlanılacaq: "Dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsinə dair qaydalar bu il təsdiq edilib. Artıq həmin qaydalar bütün dövlət orqanlarına göndərilib".

B.Xəlilov qeyd edib ki, bu səpkidə rəhbər işçilər üçün bir sıra təlimlər keçirilib və bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti