...

Azərbaycanda ilk dəfə ipəkçilik üzrə izahlı lüğət çap edilib

Cəmiyyət Materials 11 Sentyabr 2014 15:58 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq "İpəkçilik - izahlı lüğət" kitabı çap edilib.
Azərbaycanda ilk dəfə ipəkçilik üzrə izahlı lüğət çap edilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq "İpəkçilik - izahlı lüğət" kitabı çap edilib.

Azərbaycan Milli Elmlər Akademiyasınnı (AMEA) Şəki Regional Elmi Mərkəzindən Trend-ə verilən məlumata görə, respublikamızda ilk təcrübə olan "İpəkçilik - izahlı lüğət" kitabı AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadənin təşəbbüsü və təşkilatçılığı ilə mərkəzin əməkdaşları - elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, İpəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov, fizika-riyaziyyat elmləri namizədi İzzət Salmanov, elmi işçilər Həbibulla Manaflı, Adışirin Xəlilov və Yevgeniya Bəkirova tərəfindən hazırlanaraq çap edilib.

Kitabın redaktoru filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir.

Lüğətdə tut ipək qurdunun biologiya, biokimya, fiziologiya, ekologiya və genetikası, eləcə də onun yetişdirilməsi, ipəkçiliyin dünyada və Azərbaycanda tarixi, qrenanın və baramanın alınma texnologiyası, ipəkqurduna qulluq, onların ziyanvericilərdən və xəstəliklərdən qorunması və digər məsələlərlə bağlı mindən artıq işlək termin öz izahını tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti