...

AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar alıb

Cəmiyyət Materials 16 Sentyabr 2014 10:30 (UTC +04:00)
Mərkəzi Elmi Kitabxanadan Trend-ə verilən məlumata görə, əldə olunan razılaşmaya əsasən, kampaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərib.
AMEA Mərkəzi Elmi Kitabxanası Rusiyadan miniatür kitablar alıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Dünyanın fərqli elm ocaqları və kitabxanaları ilə əlaqələr qururaq 60-dan çox ölkə və 700-ə yaxın təşkilatla kitab mübadiləsi həyata keçirən AMEA Mərkəzi Elmi Kitabxanası bu yaxınlarda Rusiyada fəaliyyət göstərən Degostini kampaniyasının məhsulu olan miniatür kitabları əldə etmək üçün oranın üzvü olub.

Mərkəzi Elmi Kitabxanadan Trend-ə verilən məlumata görə, əldə olunan razılaşmaya əsasən, kampaniya dünya ədəbiyyatının şedevrləri silsiləsindən 20 ədəd miniatür kitabı kitabxanaya göndərib.

Göndərilən kitabların içərisində F.Dostoyevskiy "İqrok", A.İ.Qersenin "Kto vinovat?", A.K.Tolstoyun "İzbrannoe", S.T.Aksakovun "Semeynaya xronika", D.İ.Fonzivinin "Briqadir", İ.S.Turqenevin "Zapiski oxotnika", A.İ.Kuprinin "Poedinok", İ.S.Turqenevin "Zapiski oxotnika", A.Fransın "Vostanie anqelov", M.Qorkinin "Meşane" və s. əsərlər yer alır.

Qeyd edək ki, kitabxana öz fondunu zənginləşdirməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti