...

Baş Prokurorluğun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir

Cəmiyyət Materials 16 Sentyabr 2014 11:59 (UTC +04:00)
Baş Prokurorluğun Beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir.
Baş Prokurorluğun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend /

Baş Prokurorluğun beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BMT-nin Vyana şəhərində yerləşən qərargahında İnterpol və Dünya Bankının birgə təşkilatçılığı ilə 5-ci İllik Konfrans, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Əmlakın Bərpası üzrə İşçi Qrupunun iclası keçirilib.

100-dən artıq dövlətin ekspertlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə prokuroru Sahib İsmayılov təmsil edib.

Tədbirlərdə müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq vasitəsilə əmlakın geri qaytarılması mexanizmləri, müsadirə edilmiş əmlakın dəyərinin qorunması və bu istiqamətdə istintaq sövdələşməsinin üstünlükləri, əmlakın bərpası üzrə əldə edilmiş nailiyyətlər, kibercinayətkarlığa qarşı mübarizə ilə əlaqədar məruzələr edilmiş, geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti