...

ABŞ səfirliyi "Meri Mak Brayd" qrupunun Azərbaycana səfərinə sponsorluq edir

Cəmiyyət Materials 16 Sentyabr 2014 16:45 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Amerikanın məşhur “Meri Mak Brayd” qrupunun sentyabrın 15-25-də "ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri" proqramı çərçivəsində Azərbaycana səfərini təşkil edir.
ABŞ səfirliyi "Meri Mak Brayd" qrupunun Azərbaycana səfərinə sponsorluq edir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Amerikanın məşhur "Meri Mak Brayd" qrupunun sentyabrın 15-25-də "ABŞ Dövlət Departamentinin Mədəniyyət Elçiləri" proqramı çərçivəsində Azərbaycana səfərini təşkil edir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Meri onun "No One's Gonna Love You like Me" (Səni heç kəs mənim kimi sevməyəcək) adlı mahnısının Akademiya mükafatını almış "Brokeback Mountain-Qozbel Dağ" filmində ifasına görə qalib elan olunub və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş "Goodbye Yellow Brick Road" adlı konsertində ifa etmək üçün seçilib.

Meri "Home Tour" adlı tur təsisçisidir. O, bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir. "Vaşinqton Post" qazetinin "qeyri-adi" adlandırdığı bu tur ABŞ-ın hər yerində və xaricdə "insanların ev saydığı yerlərdə" olub və bura sağlamlığa qayğı mərkəzləri, kimsəsiz evləri, uşaq evləri, həbsxanalar, yaşayış icmaları, HİV/QİÇS-ə yoluxmuş insanlar üçün fəaliyyət göstərən evlər və s. daxildir.

"Meri Mak Brayd" qrupu Amerika Birləşmiş Ştatları səfirliyinin sponsorluğu ilə Azərbaycanda ikinci dəfə olaraq çıxış edəcək. Bu proqram səfirliyin amerikalılar və azərbaycanlılar arasında mədəniyyətlərarası anlaşmanı və dostluğu təşviq etmək məqsədini daşıyır.

Qrup Azərbaycanın Xaçmaz, Qusar, Quba, Bakı, Lənkəran, Salyan, və Naxçıvan şəhərlərində ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra ustad dərsləri keçirəcək.

Qrupun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ABŞ səfirliyi canlı Amerika musiqisi ilə maraqlanan hər bir azərbaycanlını aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:

16 sentyabr, saat 18:00 - Xalça Muzeyi - Xaçmaz
17 sentyabr, saat 18:00 - Heydər Əliyev Mərkəzi - Qusar
18 sentyabr, saat 18:00 - Yaşıl Teatr - Quba
19 sentyabr, saat 18:00 - Park Bulvar (3-cü mərtəbə) - Bakı
20 sentyabr, saat 18:00 - Azərbaycan Dillər Universiteti - Bakı
21 sentyabr, saat 17:00 - Heydər Əliyev Xatirə Parkı - Lənkəran
22 sentyabr, saat 17:00 - Heydər Əliyev Parkı - Salyan
23 sentyabr, saat 18:00 - Naxçıvan Dövlət Musiqli Dram Teatrı - Naxçıvan

Ətraflı məlumat üçün ABŞ səfirliyinin "facebook" səhifəsinə daxil ola bilərsiniz: www.facebook.com/baku.usembassy

Məqalədə:
Xəbər lenti

Xəbər lenti