...

Rusiya Azərbaycanla az büdcəli aviaşirkət yaratmağı təklif edir

Cəmiyyət Materials 18 Sentyabr 2014 15:06 (UTC +04:00)
Rusiya daha çox sayda rusiyalı turistin Azərbaycana səfər etməsini istərdi. Trend-in məlumatına görə, belə bir istəklə bu gün İTAR-TASS-da keçirilən mətbuat konfransında RF İctimai Palatasının İctimai diplomatiyanın və xaricdəki həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov çıxış edib.
Rusiya Azərbaycanla az büdcəli aviaşirkət yaratmağı təklif edir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Rusiya daha çox sayda rusiyalı turistin Azərbaycana səfər etməsini istərdi. Trend-in məlumatına görə, belə bir istəklə bu gün İTAR-TASS-da keçirilən mətbuat konfransında RF İctimai Palatasının İctimai diplomatiyanın və xaricdəki həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov çıxış edib.

O, qeyd edib ki, əsas kimi az büdcəli aviaşirkət götürmək olar, onda daha çox sayda rusiyalı turist Azərbaycanı görə bilərdi: "Əlbəttə, burada dövlətin iştirakı olmadan keçinmək olmaz".

Öz növbəsində, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, turistlər üçün hər cür şərait, o cümlədən beşulduzlu və dördulduzlu hotellər yaradılıb: "Bakıda hətta yeddiulduzlu hotel var. Bizdə gözəl qumlu çimərliklər, dağ xizəyi kurortları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti