...

Azərbaycanda qış və yay vaxtına keçid ləğv ediləcəkmi?

Cəmiyyət Materials 9 Oktyabr 2014 12:10 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti ölkə ərazisində qış və yay vaxtına keçidin ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.
Azərbaycanda qış və yay vaxtına keçid ləğv ediləcəkmi?

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti ölkə ərazisində qış və yay vaxtına keçidin ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Hökumətdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərara uyğun olaraq, 1997-ci ildən Azərbaycanda hər il mart ayının son bazar günü gecə saat 4:00-da əqrəblər bir saat qabağa çəkilməklə ölkə ərazisində yay vaxtına, hər il oktyabr ayının son bazar günü saat 5:00-da isə əqrəblər bir saat geri çəkilməklə qış vaxtına keçilir. Ötən illərdə olduğu kimi, bu il də oktyabrın sonuncu bazar günündə qış vaxtına keçiləcək.

NK-dan deyilib ki, Azərbaycanda qış və yay vaxtına keçidin ləğv edilməsi nəzərdə tutulmayıb və bu məsələ hazırda da hökumətdə müzakirə edilmir.

Qeyd edək ki, artıq Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də yay və qış vaxtına keçidi ləğv ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti