...

Ekologiya Nazirliyi: Bakı ərazisindəki Keyrəki vulkanında püskürmədən sonra fəaliyyət tamamilə dayanıb

Cəmiyyət Materials 12 Oktyabr 2014 18:15 (UTC +04:00)
Bu gün Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vulkanında püskürmə səngiyib və ərazidə kəskin qaz qoxusu yoxdur.
Ekologiya Nazirliyi: Bakı ərazisindəki Keyrəki vulkanında püskürmədən sonra fəaliyyət tamamilə dayanıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Keyrəki vulkanında püskürmə səngiyib və ərazidə kəskin qaz qoxusu yoxdur. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

İ.İbrahimova bildirib ki, mütəxəssislərin rəyinə əsasən növbəti püskürmə gözlənimir: "Vulkanda heç bir titrəyiş, fəaliyyət qeydə alınmır. Vulkanın fəaliyyəti tamamilə dayanıb".

Onun sözlərinə görə, Keyrəki vulkanında püskürmənin brekçiya axını 200 metrə qədər uzanıb: "Brekçiya axınının ən qalın hissəsi 4 metr, ən nazik hissəsi isə 10 sm olub. Ətrafda xırda çatlar var. Təhlükə yoxdur. Yenidən aktivləşdirmənin olması ehtimal edilmir".

İ.İbrahimova deyib ki, statistikaya görə, bu vulkanın aktivliyi 10-15 il arasında olur. Hər püskürmədə vulkanın gücü azalır.

Xatırladaq ki, Keyrəki vulkanında püskürmə bu gün saat 12:50 radələrində qeydə alınıb. Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qrupların əməkdaşları cəmləşiblər və onlar təhlükəsizlik tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, Keyrəki vulkanında sonuncu püskürmə 2001-ci ildə baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti