...

Azərbaycanda qazsız qalacaq rayonların adı açıqlandı

Cəmiyyət Materials 29 Oktyabr 2014 11:54 (UTC +04:00)
Azərbaycanın bəzi rayonlarında qazın verilişində fasilələr yaranacaq.
Azərbaycanda qazsız qalacaq rayonların adı açıqlandı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycanın bəzi rayonlarında qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 14:00-dək Sabunçu, saat 15:00-dək Nərimanov, saat 16:00-dək Xətai, saat 18:00-dək Lənkəran, Ağstafa, Tovuz, Masallı, Xaçmaz, Siyəzən, Samux və Yasamal, işlər başa çatanadək isə Xəzər, Gədəbəy və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti