...

Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq

Cəmiyyət Materials 31 Oktyabr 2014 12:45 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, bəzi ərazilərdə yağış intensivləşəcək.
Azərbaycanın bəzi ərazilərində intensiv yağışlar yağacaq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, bəzi ərazilərdə yağış intensivləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə havanın çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabır yağış yağacaq, bəzi yerlərdə intensivləşmə ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti