...

Azərbaycanda soyuqdan istiyə

Cəmiyyət Materials 5 Noyabr 2014 13:02 (UTC +04:00)
Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədircən yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 15-16, rayonlarda isə 16-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanda soyuqdan istiyə

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədircən yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 15-16, rayonlarda isə 16-17 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 6-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək, şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, Lənkəran-Asrtara zonasında çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti