...

Təhsil Nazirliyi internatda bir şagirdin digərini yandırması barədə yayılan məlumatlara aydınlıq gətirdi

Cəmiyyət Materials 5 Noyabr 2014 15:52 (UTC +04:00)
Təhsil Nazirliyi 11 saylı İnteqrasiya təlimli internat məktəbində bir şagirdin digərini yandırması barədə yayılan məlumatlarla bağlı açıqlama verıb.
Təhsil Nazirliyi internatda bir şagirdin digərini yandırması barədə yayılan məlumatlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi 11 saylı İnteqrasiya təlimli internat məktəbində bir şagirdin digərini yandırması barədə yayılan məlumatlarla bağlı açıqlama verıb.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 30-da 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib. Hadisə ani olaraq baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər.

Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb.

Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda, internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub.

Uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb: "Bəzi kütləvi informasiya vasitələrinin hədsiz həssaslığı və ajiotaj yaratmaq həvəsi ilə məsələnin miqyasının şişirdilməsi cəhdləri qeydə alınır. Fateh Quluzadənin anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini pisləyib. Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində inzibati cəza tədbiri görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti