...

Azərbaycan sinoptiklərindən hava müjdəsi

Cəmiyyət Materials 7 Noyabr 2014 12:53 (UTC +04:00)
Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək.
Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, şimal və şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 11-16 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti