...

Türkiyədə yeni jurrnal - "Azərbaycanın səsi"

Cəmiyyət Materials 7 Noyabr 2014 18:13 (UTC +04:00)
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) yeni “Azərbaycanın səsi” jurnalının nəşrinə başlayıb.
Türkiyədə yeni jurrnal - "Azərbaycanın səsi"

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) yeni "Azərbaycanın səsi" jurnalının nəşrinə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, TADEF sədri, Azərbaycan Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündarın redaktorluğu ilə işıq üzü görən dərginin məqsədi Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə çatdırmaq, milli mədəniyyətimizi, tariximizi qardaş ölkədə tanıtmaq, eləcə də Türkiyədə yaşayan soydaşlarımız arasında milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə, həmçinin iki qardaş xalq arasında iqtisadi, mədəni, sosial əlaqələrin daha da inkişafına nail olmaqdır.

"Azərbaycanın səsi" jurnalı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ayda bir dəfə işıq üzü görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti