...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 9 Noyabr 2014 14:54 (UTC +04:00)
Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-in bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava noyabrın 10-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.

Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s.

Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək.

Şərq küləyi 3-8 m/s.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti