...

ARGTMŞ Bayraq Günü münasibətilə məlumat turu təşkil edib (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2014 15:19 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Dövlət Bayrağı Günü münasibətilə üzvü olan gənclər təşkilatları üçün Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məlumat turu təşkil edib.
ARGTMŞ Bayraq Günü münasibətilə məlumat turu təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Dövlət Bayrağı Günü münasibətilə üzvü olan gənclər təşkilatları üçün Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə məlumat turu təşkil edib.

Şuradan Trend-ə verilən məlumata görə, tədbirdə ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbərləri, fəalları, xarici ölkələrdən qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir gənclər və gənclər təşkilatları arasında dövlət rəmzlərinə qarşı rəğbət hisslərinin gücləndirilməsi və dövlət rəmzlərinin tarixi barədə məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.

Tədbir zamanı iştirakçılara Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, müasir Azərbaycan və Ermənistan ərazisində yerləşən qədim dövlət və xanlıqlarımızın bərpa olunmuş bayraqları ilə Azərbaycanın qədim dövlətçilik ənənələri haqqında məlumat verilib. Azərbaycanın qədim tarixini əks etdirən ştamplar, pul vahidlərinin nümunələri, fotoşəkil və sənədlərlə tanış olmaq imkanı əldə edən iştirakçılar tədbirin gedişatı zamanı Azərbaycan və Dövlət Bayrağının tarixi ilə bağlı suallarına da cavab tapıblar.

Tədbirdə iştirak edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə gənclərin dövlət rəmzlərinə rəğbətinin artırılması üçün onların bu rəmzlərin tarixi haqqında məlumatlılığının artırılmasının zəruri olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti