...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq: hava soyuyacaq

Cəmiyyət Materials 14 Noyabr 2014 12:42 (UTC +04:00)
Noyabrın 16-dan ölkə ərazisində hava şəraiti yenidən soyuyacaq, temperatur 4-6 dərəcə enəcək.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq: hava soyuyacaq

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Noyabrın 16-dan ölkə ərazisində hava soyuyacaq, temperatur 4-6 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, noyabrın ikinci ongünlüyünün sonuna kimi havanın qeyri-sabit keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Noyabrın 17, 18, 19-da gündüz saatlarında havanın temperaturu 8-10 dərəcəyə yaxın olacaq.

Noyabrın 16-sı axşamdan noyabrın 18-i səhərə kimi şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Bu müddət ərzində tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın fasilələrlə yağıntılı olacağı ehtimal edilir.

Respublikanın rayonlarında isə proses noyabrın 16-da qərb rayonlarından başlayaraq müşahidə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti