...

Ukraynanın patriarxına "Quran" hədiyyə edilib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2014 22:22 (UTC +04:00)
Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretlə görüşüb.
Ukraynanın patriarxına "Quran" hədiyyə edilib (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretlə görüşüb.

Trend-in alyansa istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Ukraynanın sosial-siyasi vəziyyətini müzakirə ediblər.

E.Məmmədov bildirib ki, alyansın əsas məqsədi Azərbaycan və Ukrayna xalqları arasında dostluq əlaqələrini daha da yüksəltməkdir.

Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri sonda Kiyev və bütün Ukraynanın patriarxı Filaretə müqəddəs "Qurani-Kərim" kitabını hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti