...

Gəncədə yaşayış evindən külli miqdarda pul oğurlanıb

Cəmiyyət Materials 20 Noyabr 2014 00:38 (UTC +04:00)
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır
Gəncədə yaşayış evindən külli miqdarda pul oğurlanıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini Raya Hümbətova idarəyə müraciət edərək bildirib ki, noyabrın 15-də gecə evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilin giriş qapısının kilidini sındıraraq evə daxil olub və oradan 2200 manat dəyərində qızıl-zinət əşyaları, 39 300 AZN və 300 ABŞ dolları aparıblar.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti