...

Milli Məclisin büdcəsi məlum oldu

Cəmiyyət Materials 20 Noyabr 2014 17:35 (UTC +04:00)
Azərbaycanın 2015-ci il dövlət büdcəsindən Milli Məclisin və onun Aparatının saxlanması üçün 23 milyon 257 min 94 manat vəsait nəzərdə tutulub.
Milli Məclisin büdcəsi məlum oldu

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın 2015-ci il dövlət büdcəsindən Milli Məclisin və onun Aparatının saxlanması üçün 23 milyon 257 min 94 manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev deyib.

Xərclər smetasının ümumi dəyərinin 69,7 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti