...

Siyavuş Novruzov: Ağır sahələrdə çalışanlarla bağlı fərqli pensiya sistemi tətbiq edilməlidir

Cəmiyyət Materials 20 Noyabr 2014 18:06 (UTC +04:00)
Dövlət idarələrində çalışanlar tələb edirlər ki, pensiya yaşı 70-ə çatdırılsın. Fiziki sahədə çalışanlar isə yaş həddinin aşağı salınmasını istəyirlər.
Siyavuş Novruzov: Ağır sahələrdə çalışanlarla bağlı fərqli pensiya sistemi tətbiq edilməlidir

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Dövlət idarələrində çalışanlar tələb edirlər ki, pensiya yaşı 70-ə çatdırılsın. Fiziki sahədə çalışanlar isə yaş həddinin aşağı salınmasını istəyirlər. Biz hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə fəaliyyət göstərən insanlardan başqa digər sahələrdə çalışanları pensiya yaşına görə kateqoriyalara bölməliyik". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı deyib.

S.Novruzov bildirib: "Seçicilərdən bəziləri bildirir ki, mənim 61 yaşım var və ömrüm boyu fəhlə işləmişəm. 61 yaşında daşı necə qaldırım? Hələ iki il də qaldırmalıyam ki, pensiyaya çıxım? Digər biri isə 63 yaşında yenicə doktorluğu müdafiə edir və deyirlər ki, "xudahafiz, sən pensiya yaşına çatmısan". Hesab edirəm ki, ağır sahələrdə çalışanlarla bağlı fərqli pensiya sistemi tətbiq edilməlidir".

Millət vəkilibölgələrdə bankomatların yerləşdirilməsi məsələsinə də toxunub: "Təklif edilir ki, bankomatlar dağ-aran kəndlərinə də qoyulsun. Ancaq əsas məsələ odur ki, vətəndaşın bankomatdan götürməyə nəyisə olsun. Götürməyə bir şey yoxdursa, həmin bankomatı gətir mənim həyətimə qoy. Bu, dəmir parçasından başqa bir şey deyil. Kartda pul yoxdursa, dağ kəndlərində bankomat qoymağın nə faydası var?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti