...

Virtual aləmin uşaqlar üçün təhlükəsi

Cəmiyyət Materials 21 Noyabr 2014 11:27 (UTC +04:00)
Bu gün virtual aləmdə olan təhlükələr daha ciddi və daha qorxuludur. Çünki uşaqlar bu gün daha çox virtual məkanda, internetdə olurlar.
Virtual aləmin uşaqlar üçün təhlükəsi

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bu gün virtual aləmdə olan təhlükələr daha ciddi və daha qorxuludur. Çünki uşaqlar bu gün daha çox virtual məkanda, internetdə olurlar. Və ən təhlükəlisi odur ki, onlar məlumatları, informasiyaları real aləmdən daha çox, virtual aləmdən əldə edirlər". Trend-in məlumatına görə, bunu Milli Məcilisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bu gün parlamentdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

R.Aslanova qeyd edib ki, ötən il uşaqlar tərəfindən 776, bu ilin 9 ayı ərzində isə 486 cinayət hadisəsi törədilib: "Bunlar 13-14 yaşlı uşaqların törətdiyi cinayətlərdir. Bu, ciddi siqnaldır. Hesab edirəm ki, burada bizim, biz böyüklərin hər birimizin üzərinə çox böyük vəzifələr düşür".

Millət vəkili eyni zamanda, ölkəmizdə uşaqların hüquqlarının təmin edilməsi istiqamətində çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti