...

Azərbaycan ali məktəbləri "təhsil rouminqi"nə ödənişsiz giriş əldə edəcəklər

Cəmiyyət Materials 21 Noyabr 2014 12:27 (UTC +04:00)
Azərbaycan ali məktəbləri “Eduroam - təhsil rouminqi"nə ödənişsiz giriş əldə edəcəklər.
Azərbaycan ali məktəbləri "təhsil rouminqi"nə ödənişsiz giriş əldə edəcəklər

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan ali məktəbləri "Eduroam - təhsil rouminqi"nə ödənişsiz giriş əldə edəcəklər. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildiriblər.

İnstitutdan deyildiyi kimi, "Eduroam" xidməti tələbələrə "Eduroam" zonasında olarkən öz uçot məlumatlarından (ad və parol) istifadə etməklə internetə ödənişsiz daxil olmağa imkan verəcək.

Tələbələr, müəyyənləşdirmə parolundan istifadə edərək, "təhsil rouminqi"nin üstünlüklərdən həm Azərbaycanda, həm də ölkə xaricində istifadə edə biləcəklər. Hazırda "Eduroam" Avropa ölkələrində geniş yayılıb. Elmi müəssisələr, ali məktəblər və tələbələrin toplaşdıqları başqa yerlər, həmçinin metro stansiyaları, mehmanxanalar və s. şəbəkə ilə əhatə olunub.

"Eduroam" infrastrukturu AMEA-nın institut və strukturlarında da yaradılıb. Hazırda "təhsil rouminqi" şəbəkəsi AMEA Rəyasət Heyətinin əsas binası, İTİ, İnsan Hüquqları İnstitutu, Geologiya İnstitutu və digərlərini əhatə edir.

İTİ-nin "Eduroam" xidməti Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Müəssisələri Assosiasiyasında (TERENA) qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti