...

Azərbaycanda himayədar ailələrə əməkhaqqı və müavinət verilə bilər

Cəmiyyət Materials 21 Noyabr 2014 12:29 (UTC +04:00)
Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaq himayəyə götürəcək himayədar (foster) ailələrə əməkhaqqı, aylıq və birdəlik müavinət verilə bilər.
Azərbaycanda himayədar ailələrə əməkhaqqı və müavinət verilə bilər

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaq himayəyə götürəcək himayədar (foster) ailələrə əməkhaqqı, aylıq və birdəlik müavinət verilə bilər.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib ki, hökumətə himayədar ailələrə uşağın sayından asılı olmayaraq, minimum əməkhaqqı səviyyəsində aylıq əməkhaqqının, hər uşağa görə yaşayış minimumu həddində aylıq müavinətin və hər uşağa görə yaşayış minimumunun 2 misli həddində birdəfəlik müavinətin verilməsi təklif edilib.

Sağlamlıq imkanları məhdud, kimsəsiz uşaqlara görə müavinətlərin isə 2 dəfə artırılması təklif olunub.

Nazirlik rəsmisinin sözlərinə görə, 2010-cu ildə Ailə Məcəlləsi təsdiq olunarkən orada himayədar ailə haqqında əsasnamənin təsdiq edilməsi məsələsi qoyulmuşdu, lakin bu günə kimi Azərbaycanda himayədar ailə institutu təşəkkül tapmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti