...

Azərbaycanda inklüziv təhsillə bağlı ayrıca dövlət proqramı hazırlanıb

Cəmiyyət Materials 21 Noyabr 2014 13:24 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi inklüziv təhsilin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.
Azərbaycanda inklüziv təhsillə bağlı ayrıca dövlət proqramı hazırlanıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi inklüziv təhsilin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2015-2022-ci illəri əhatə edəcək proqramın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmasını və onların təhsil ala bilməsi üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir.

İnklüziv təhsilə cəlb edilən uşaqların sayının az olduğunu deyən M.Hacıyeva qeyd edib ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların hamısı təhsillə əhatə olunmayıb: "Ona görə də məqsədimiz odur ki, hər bir sağlamlıq imkanları məhdud uşaq öz ərazisində təhsilə cəlb olunsun. Hazırda 9355 uşaq evdə, 2558 uşaq xüsusi məktəblərdə təhsilə cəlb olunub, 412 uşaq internat məktəblərində olan xüsusi siniflərdə təhsil alır. Yalnız 298 uşaq inklüziv təhsilə cəlb edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti