...

Antik dünyanın modern siması (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2014 09:00 (UTC +04:00)
Türkiyədə turizmin ən yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən biri də cənub-şərq bölgəsidir.
Antik dünyanın modern siması (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Türkiyədə turizmin ən yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən biri də cənub-şərq bölgəsidir. Ölkənin bir çox yerlərinə turist axını ilə yanaşı, turistlərin ən çox üz tutduğu vilayətlərdən biri də Antalyadır.

Antalyada həm turizm, həm də qeyri-turizm mövsümündə dünyanın bir çox yerlərindən gələn turistlərlə rastlaşmaq olar. Yay mövsümündə turistlərin seçimi dəniz və sahil olsa da, payız və qış aylarında turistlər ən çox tarixi yerlərə baş çəkməyi, bu yerlər haqqında məlumat almağı üstün tuturlar. Belə yerlərdən biri də Olimpus adlanan tarixi məkandır.

Məhz Olimpusda dəniz, dağlar və meşənin birgə yaratdığı gözəllikləri görmək olar.

Trend oxucularına antik dünyanın yeni siması olan Olimpusdan fotoşəkilləri təqdim edir.

FOTO: Rufiz Hafizoğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti