...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 23 Noyabr 2014 14:05 (UTC +04:00)
Həftənin ilk iş günü Azərbaycanda sulu qar və qar yağacağı gözlənilir, buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Həftənin ilk iş günü Azərbaycanda sulu qar və qar yağacağı gözlənilir, buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Temperaturun gecə və gündüz 4-7 dərəcə isti, Bakıda gecə və gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Aran rayonlarında noyabrın 24-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 10-15 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək.

Temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti