...

Azərbaycanda VII sinif şagirdləri də dərsliklərini elektron qaydada əldə edə biləcəklər

Cəmiyyət Materials 24 Noyabr 2014 10:54 (UTC +04:00)
Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.
Azərbaycanda VII sinif şagirdləri də dərsliklərini elektron qaydada 
əldə edə biləcəklər

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.

Trend nazirliyin saytına istinadən bildirir ki, hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər.

Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti