...

ARGTMŞ “QİDA” qış sessiyası təşkil edəcək

Cəmiyyət Materials 24 Noyabr 2014 11:57 (UTC +04:00)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi “QHT-lərin İdarəetmə Akademiyası”nın (QİDA) qış sessiyasını təşkil edəcək.
ARGTMŞ “QİDA” qış sessiyası təşkil edəcək

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi "QHT-lərin İdarəetmə Akademiyası"nın (QİDA) qış sessiyasını təşkil edəcək.

ARGTMŞ-dən Trend-ə verilən məlumata görə, QİDA qış sessiyası dekabrın 13-14-də Bakı şəhərində, Sabunçu "Gənclər Evi"-də təşkil olunacaq. Tədir zamanı iştirakçılara "Şəxsi və Peşəkar inkişaf Akademiyası" tədris bloku üzrə "Gənclərin fəal iştirakı" mövzusunda təlimlər keçiriləcək.

Praktiki məşğələlərlə iştirakçıların bilik və bacarıqları möhkəmləndiriləcək. 2 gün müddətində təşkil olunacaq tədbirdə 14-29 yaşlı gənclər və gənclər təşkilatları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

QİDA qış sessiyasının iştirakçısı olmaq üçün 1 dekabr 2014-cü il tarixi saat 18:00-adək www.qida.nayora.az ünvanına daxil olub müraciət formasını doldurmaq lazımdır.

İştirakçı seçimi zamanı ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının nümayəndələrinə üstünlük verilir

Qeyd edək ki, 2012-ci ildən start götürən "QHT-lərin İdarəetmə Akademiyası" (QİDA) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində həyata keçirilir. QİDA çərçivəsində 2 il ərzində 120 gənclər təşkilatının 300 nümayəndəsi 20 sessiyada iştirak etmiş və Akademiyanın məzunu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti