...

"Böyük İpək Yolu" tarixi marşrutun başlandığı şəhərdə

Cəmiyyət Materials 24 Noyabr 2014 13:28 (UTC +04:00)
“Böyük İpək Yolu” Beynəlxlaq Gənclər İttifaqı ÜmumÇin Gənclər Federasiyasınn təşkilatçılğı ilə keçirilən “Böyük İpək Yolu arzusuna doğru” beynəlxalq konfransı çərçivəsində Çinin Sian şəhərində keçirilən "dəyirmi masa"da iştirak edib.
"Böyük İpək Yolu" tarixi marşrutun başlandığı şəhərdə

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

"Böyük İpək Yolu" Beynəlxlaq Gənclər İttifaqı ÜmumÇin Gənclər Federasiyasınn təşkilatçılğı ilə keçirilən "Böyük İpək Yolu arzusuna doğru" beynəlxalq konfransı çərçivəsində Çinin Sian şəhərində keçirilən "dəyirmi masa"da iştirak edib.

Tədbirə Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Qazaxstan, Qırğızstanı təmsil edən gənclər də qatılıb. Toplantı tarixi ipək yolunun başlanğıcı sayılan Şensi vilayətinin paytaxtı Sian şəhərində baş tutub. Çinin ən qədim Unversiteti olan Peihuada keçirilən Dəyirmi Masada gənc liderlər ekspertlərin iştirakı ilə müzakirələr aparıb. Daha sonra qonaqları Çin Gənclər İttifaqının sədr müavini qarşılayıb. O, Çin hökümətinin 2013-cü ildən etibarən başlatdığı "Yeni İpək Yolu" adlı iqtisadi-mədəni layihəsi barədə söz açaraq bildirib ki, bu layihə ölkə üçün prioritet istiqamətdir. Nümayəndə heyəti Sian şəhərinin inkişaf və islahatlar komissiyası, Şian vilayətinin Milli Məclisində görüşlər keçiriblər.

Avrasiya regionunda yerləşən dövlətlərin gənc liderlərinin iştirakı ilə keçirlən bu dostluq görüşündə Azərbaycan ilk dəfədir iştirak edir. Ölkəmizi beynəlxalq konfransda qurumun baş katibi Aydan Kərimli olmaqla "Böyük İpək Yolu" BGİ təmsil edir. Toplantı ÜmumÇin Gənclər Federasiyasının təşəbbüsü ilə keçirilir. Görüşün məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gənc liderləri arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmləndirmək, eyni zamanda Avrasiya regionunda fəaliyyət göstərən gənclər təşkilatları arasında əməkdaşlığı genişləndirməkdir.

1949-cu ildə yaradılmış ÜmumÇin Gənclər Federasiyası ölkənin ən böyük gənclər təşkilatıdır. Qurumun tərkibinə 52 üzv-təşkilat və yüz min fərdi üzv daxildir.

"Böyük İpək Yolu" BGİ 2012-ci ildə 27 ölkəni təmsil edən gənclər təşkilatının iştirakı ilə Bakıda təsis olunub. Qurumun məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında humanitar, mədəni sahədə əməkdaşlığın yaradılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti