...

Prokuror polisin bacısını oğurlamağa cəhd edən "vəhabi"lərə 24 ilə yaxın cəza istədi

Cəmiyyət Materials 25 Noyabr 2014 17:54 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror polisin bacısını oğurlamağa cəhd edən "vəhabi"lərə 24 ilə yaxın cəza istədi

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları Nizami Nəcəfov və Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror N.Nəcəfovun 8 il 6 ay, V.Məmmədovun 7 il, V.Məmmədovun isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə iclası dekabrın 2-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslər bu ilin yanvar ayında Cinayət Məcəlləsinin 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər. İstintaq zamanı onlara Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrlə də ittiham irəli sürülüb.

Belə ki, N.Nəcəfov və Məmmədov qardaşları Quba rayonu Nügədi kənd sakini Mərziyə Osmanovanı oğurlamağa cəhd ediblər. Adıçəkilən qadının Quba rayon polis şöbəsinin əməkdaşının bacısı olduğu deyilir. Məqsəd polis əməkdaşından bacısının qarşılığında pul almaq olub.

Qeyd edək ki, ittiham olunanlar "vəhabi" kimi tanınan sələfi əqidəli insanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti