...

ƏƏSMN 6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

Cəmiyyət Materials 26 Noyabr 2014 10:58 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti cari il dekabrın 3-5-də daha 6 rayonda (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab) davam etdiriləcək.
ƏƏSMN 6 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti cari il dekabrın 3-5-də daha 6 rayonda (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab) davam etdiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada dekabrın 3-də Şirvan və Hacıqabul, dekabrın 4-də Sabirabad və Saatlı, dekabrın 5-də isə İmişli və Zərdab rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək. Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan şəxslər artıq qeydiyyata alınıb. Üç gün ərzində həmin şəxslər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər.

Ötən ilin sonlarında ƏƏSMN-in müvafiq Əmrinə əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada ötən müddətdə ölkənin müxtəlif rayonları üzrə 800 nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti