...

"ANS komandası buna nail oldu"

Cəmiyyət Materials 26 Noyabr 2014 12:12 (UTC +04:00)
MDB məkanının və Azərbaycanın ilk müstəqil telekanalı olan ANS bu gün 23 yaşını qeyd edir.
"ANS komandası buna nail oldu"

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

MDB məkanının və Azərbaycanın ilk müstəqil telekanalı olan ANS bu gün 23 yaşını qeyd edir.

Bu münasibətlə "ANS" Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Trend-ə ANS-in yaranma tarixi və bu günə qədər keçdiyi yoldan danışıb.

M.Məmmədov qeyd edib ki, yarandığı gündən ANS cəmiyyətə qərəzsiz, vicdanlı informasiya verməyi qarşısına məqsəd qoyub və ilk verilişi olan "Xəbərçi" ilə tamaşaçıların rəğbətini qazana bilib.

Müşavir vurğulayıb ki, telekanalın ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edib: "Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına köçürən jurnalistlər də məhz bu şirkətdə çalışıblar və çalışırlar".

M.Məmmədov onu da əlavə edib ki, vaxtilə yalnız "Xəbərçi" verilişi ilə tanınan ANS bu gün böyük bir mediaholdinqə - şirkətlər qrupuna çevrilib: "ANS yaranan zaman onun bir vaxtlar belə bir mediaholdinqə çevrilməsini fikirləşmək çətin idi. Ancaq ANS öz peşəkar komandası ilə buna nail oldu".

Trend İnformasiya Agentliyinin kollektivi Azərbaycanda ilk özəl telekanal olan ANS-in kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti