...

Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə aydınlıq gətirildi

Cəmiyyət Materials 26 Noyabr 2014 12:24 (UTC +04:00)
İctimai nəqliyyatda gediş haqqının artırılması məsələsi hazırda gündəlikdə deyil.
Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə aydınlıq gətirildi

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Emil İsmayılov/

İctimai nəqliyyatda gediş haqqının artırılması məsələsi hazırda gündəlikdə deyil. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Yeni ödəniş sisteminə keçidin (nağdsız kart sistemi) və yeni avtobusların alınmasının gediş haqqının qiymətinə təsir edib-etməyəcəyinə dair sualı cavablandıran Pənahov bildirib ki, elektron ödəniş sisteminə keçid gediş haqqının qiymətinə təsir etməyəcək: "Gediş haqqının artması məsələsi mütəmadi olaraq müzakirə mövzusu olur, lakin bu gün həmin məsələ hələlik gündəlikdə deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti