...

Bakının Xətai rayonunda torpaq sürüşməsi baş verıb

Cəmiyyət Materials 26 Noyabr 2014 12:28 (UTC +04:00)
Bakının Xətai rayonu Nobel prospekti 67/12 A ünvanında torpaq sürüşməsi baş verıb.
Bakının Xətai rayonunda torpaq sürüşməsi baş verıb

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakının Xətai rayonu Nobel prospekti 67/12 A ünvanında torpaq sürüşməsi baş verıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, Nobel prospekti 67/12 A ünvanda yaşayan İrzayeva Dilarə Mikayıl qızı hadisə ilə əlaqədar nazirliyin "Qaynar xətt"inə müraciət edib.

Nazirlik əməkldaşları müraciətdən sonra hadisə yerində araşdırma apararaq müvafiq qurumları onun nəticələri barədə məlumatlandırıblar.

Çökmə və sürüşmə hadisəsi D.İrzayevanın evindən 4-5 m aralıda, meyilliyi 30-35 dərəcə olan yamacda baş verib. Sürüşmə hadisəsinin səbəbi çirkab sularının birbaşa həmin yamaca axıdılmasıdır. Çirkab sularının axması davam edərsə, sürüşmə sahəsinin əhatə dairəsi daha da genişlənə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti