...

Bakının girişində yeni yol tikilir (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2014 12:26 (UTC +04:00)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Dairəvi yola birləşdirliməsi məqsədilə yeni yol tikilir.
Bakının girişində yeni yol tikilir (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Dairəvi yola birləşdirliməsi məqsədilə yeni yol tikilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 m təşkil edəcək. 3 zolaqlı yol üzərində uzunluğu 445 m uzunluğunda 15 aşırımdan ibarət estakada inşa olacaq. Hazırda estakadanın başlanğıc və Dairəvi yola birləşən hissəsində, yəni kənar dayaqların özülündə svayların qazma-doldurma metodu ilə quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir.

Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adlanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və Dairəvi avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti