...

Azərbaycanda evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə pul veriləcək

Cəmiyyət Materials 26 Noyabr 2014 16:01 (UTC +04:00)
Azərbaycanda evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə maliyyə vəsaiti veriləcək.
Azərbaycanda evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə pul veriləcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə maliyyə vəsaiti veriləcək.

Trend-in məlumatına görə, bununla bağlı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında" qanuna 26.3-1 saylı maddə əlavə edilib.

Əlavə edilən maddəyə əsasən, evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş vəsait ayrılır.

Dəyişiklik bu gün Milli Məclisin Sosial siyasət komitəsində müzakirədən sonra plenar iclasa tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti