...

Fiziki və əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqələri verilməsi üçün səyyar xidmət keçirilib

Cəmiyyət Materials 26 Noyabr 2014 17:01 (UTC +04:00)
Abşeron rayonunda fiziki və əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Fiziki və əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqələri verilməsi üçün səyyar xidmət keçirilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İlkin İzzət/

Abşeron rayonunda fiziki və əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü ərəfəsində, noyabrın 26-da Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramova və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi, polis polkovniki Gülşən Əhmədovanın da iştirak etdikləri tədbir zamanı internat evində yaşayan 18 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub, burada işləyən 3 müəllimin isə şəxsiyyət vəsiqəsi yeniləri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti