...

Bu tədris ilindən xarici dilin tədris olunmadığı məktəblərin məzunları kimyadan imtahan verəcəklər

Cəmiyyət Materials 27 Noyabr 2014 12:55 (UTC +04:00)
Bu ildən başlayaraq, xarici dil fənninin tədris olunmadığı məktəblərin XI sinif məzunları buraxılış imtahanı zamanı kimya fənnindən də imtahan verəcəklər.
Bu tədris ilindən xarici dilin tədris olunmadığı məktəblərin məzunları kimyadan imtahan verəcəklər

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu tədris ilindən başlayaraq, xarici dil fənninin tədris olunmadığı məktəblərin XI sinif məzunları buraxılış imtahanı zamanı kimya fənnindən də imtahan verəcəklər.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən bildirir ki, ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil, 3 fəndən yoxlanılacaq. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər.

Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti