...

DİN Bülbülədə əhalinin yolu bağlaması cəhdi ilə bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 27 Noyabr 2014 13:08 (UTC +04:00)
Suraxanı rayonunda yolu bağlamağa cəhd edən sakinlərlə izahedici söhbətlər aparılıb.
DİN Bülbülədə əhalinin yolu bağlaması cəhdi ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/

Suraxanı rayonunda yolu bağlamağa cəhd edən sakinlərlə izahedici söhbətlər aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da saat 12 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 20 nəfər (qadın) sakini kanalizasiya və yollarının pis vəziyyətdə olması ilə əlaqədar qəsəbənin ərazisindən keçən avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış izahedici söhbətlərdən sonra onlar gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti