...

UNICEF Azərbaycanın doğru yolda olduğuna inanır (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2014 15:29 (UTC +04:00)
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan və Moldovadan olan beynəlxalq iştirakçılar, o cümlədən, Bakıdan gələn gənc liderlər üçün təlim keçiriləcək.
UNICEF Azərbaycanın doğru yolda olduğuna inanır (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan və Moldovadan olan beynəlxalq iştirakçılar, o cümlədən, Bakıdan gələn gənc liderlər üçün təlim keçiriləcək.

UNICEF-in Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, bu gün "Daha yaxşı gələcək üçün əməkdaşlıq" mövzusunda Gəncədə gənclərin iştirakına dair beynəlxalq konfrans işinə başlayıb.

Uşaq Hüquqları Konvensiyasının 25 illiyinə həsr olunan konfrans "Gəncə - 2016 Avropa Gənclər Paytaxtı" çərçivəsində hazırlıq işlərinin bir hissəsidir.

Konfransın davamı olaraq Bakıda ikigünlük seminar təşkil olunacaq. Könüllülük fəaliyyətinə həsr edilən sessiyada Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan və Moldovadan olan beynəlxalq iştirakçılar, o cümlədən, Bakıdan gələn gənc liderlər üçün təlim keçiriləcək.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilakadze konfransda bildirib ki, gənclərə cəmiyyətə könüllü xidmət etmələri üçün yaradılan əlverişli mühit, onların demokratik tərəqqi prosesində iştirakı üçün azadlığın təmin olunması ölkənin demokratik inkişaf yolunda olduğunu bildirən əsas göstəricilərdir: "UNICEF Azərbaycanın doğru yolda olduğuna və lazımi köməyi göstərəcəyinə inanır. Buna görə də Gəncədə keçirilən forumlar digərlərinin təcrübəsini bölüşmək və öyrənmək baxımından əhəmiyyətli fürsətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti