...

Türkdilli dövlətlər üçün Türk Akademiyasının Elmi Şurası yaradıla bilər

Cəmiyyət Materials 27 Noyabr 2014 16:37 (UTC +04:00)
Türkdilli dövlətlər üçün Türk Akademiyasının Elmi Şurasının yaradılması nəzərdə tutulur.
Türkdilli dövlətlər üçün Türk Akademiyasının Elmi Şurası yaradıla bilər

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Türkdilli dövlətlər üçün Türk Akademiyasının Elmi Şurasının yaradılması nəzərdə tutulur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünə hazırlıq məqsədilə görüş keçirilir.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Təhsil nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edirlər.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunur.

Qeyd edək ki, noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti