...

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir

Cəmiyyət Materials 28 Noyabr 2014 10:53 (UTC +04:00)
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir.
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir.

Trend-in məlumatına görə, görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, TürkPA-nın baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın bir sıra ali təhsil müəssisələri və digər qurumların nümayəndələri iştirak edirlər.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

Daha sonra TürkPA-nın baş katibi Ramil Həsənov çıxış edərək bu konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib.

Təhsil naziri Mikayıl Cabbarov isə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, əldə edilən uğurlar və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.

Nazir deyib ki, bu günə kimi 3000-dək gənc dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq imkanı qazanıb. O, Azərbaycanın təhsil sisteminin Boloniya sisteminə qoşulduğunu xatırladaraq qeyd edib ki, artıq həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə kredit sistemi tətbiq edilir. M.Cabbarov onu da əlavə edib ki, Azərbaycanda ali təhsil sistemində adambaşına maliyyələşdirmə sistemi tətbiq edilir.

Qeyd edək ki, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti