...

Fəttah Heydərov: Azərbaycanda ailələrlə bağlı ciddi təbliğat işi qurulmalıdır

Cəmiyyət Materials 28 Noyabr 2014 11:04 (UTC +04:00)
Bu gün Azərbaycan KİV-də daha çox dağılmış, ikrah hissi doğuran ailələrin qabardılması xoşagəlməzdir.
Fəttah Heydərov: Azərbaycanda ailələrlə bağlı ciddi təbliğat işi qurulmalıdır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan KİV-də daha çox dağılmış, ikrah hissi doğuran ailələrin qabardılması xoşagəlməzdir. Əslində isə normal, sağlam ailələr təbliğ olunmalıdır. Yeni qurulan ailələrə onlar nümunə olmalıdır. Ümumiyyətlə, ölkədə ailələrlə bağlı ciddi təbliğat işi qurulmalıdır. Trend xəbər verir ki, bunu Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda bildirib.

Onun fikrincə, bu gün hər kəs, xüsusilə də yaşlı nəsil Azərbaycanda baş verən proseslərə dərindən nəzərə salmalı, cəmiyyətə qara yaxmaq, onun təməl sütunlarını dağıtmaq istəyən qüvvələrə qarşı mübarizə aparmalıdır.

F.Heydərov qeyd edib ki, bu gün paradoks müşahidə edilir: "Belə ki, hazırda cəmiyyətin böyük hissəsini gənclər təşkil edir. Lakin gənclərin əksəriyyəti Azərbaycanın vaxtilə düşdüyü çətinlikləri görməyiblər. Onlarla ciddi iş aparılmalıdır. Cəmiyyət ailələrdən ibarətdir. Ailə özü bir kiçik dövlətdir. Hər ailənin iqtisadiyyatı və siyasəti vardır. Ailə möhkəmdirsə, dövlət də möhkəmdir. Ailə bu gün müasir dövrün tələblərinə cavab verirsə, dövlət də elədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti